"Plzenə getməsəydim, Bakıya gələ bilərdim"

15:47 23 Fevral 2015

"Viktoriya"da işlər qaydasındadı. "Teplitse"dən keçmişəm bura. Bosniyada futbolda çox pul yoxdu. Ona görə də 2007-ci ildən legionerəm".

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Viktoriya" (Plzen) klubunun hücumçusu Aydın Mahmutoviç deyib.

 

Bosniyalı forvard haqda bizə məlumat daxil oldu. Onun Azərbaycandan təklif aldığı bildirildi. Biz də bosniyalını taparaq bu barədə fikrini aldıq. Mahmutoviç bu xəbəri təsdiqlədi:

"Teplitse"də oynayarkən ikinci liqa klubu "Usti nad Lebom" klubuna icarəyə verilmişdim. Orada pis oynamadım. Sonradan "Tepltise"yə qayıtdım və çıxışım uğurlu alındı. 2014-cü ildə "Viktoriya" ilə yanaşı bir neçə klubdan təklif almışdım. Bakıdan bir klub məni dəvət edirdi. Menecerim dedi ki, adı səhv etmirəmsə "İnter"di. Klub haqda məlumat topladım. Gördüm yaxşı komandadı. Gəlmək istəyərdim. Amma Plzen klubunun təklifi daha cəlbedici oldu. Yəni Plzenə getməsəydim, Bakıya gələcəkdim".

 

Mənbə: Sportinfo


Xəbər xətti