Bu gün Anatoli Banişevskinin ad günüdür

19:31 23 Fevral 2015

Bu gün Azərbaycan futbol tarixinin ən parlaq simasının, "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ad günüdür. 

 

 

Sportarena.az  xəbər verir ki, futbol karyerası ərzində yalnız "Neftçi"nin formasını geyən Banişevskinin 69 yaşı tamam olur. 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. O, 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.

SSRİ-nin əməkdar idman ustası, Qriqori Fedotov klubunun üzvü olan Banişevskinin məşqçilik karyerası qısa olub. O, "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirinin "Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 10-da ağır xəstəlikdən sonra 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub.

 


Xəbər xətti