Yığmamız Belarusla üz-üzə

10:30 24 Fevral 2015

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, futbolçularımız Belarusun U-17 komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 

Qeyd edək ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yığmamız meydana qara sarğı ilə çıxacaq.

   

 


Digər xəbərlər

Xəbər xətti