Tomiç "Bakı" ilə oyunu buraxa bilər

11:41 24 Fevral 2015

Azərbaycan Premyer Liqasının növbəti turunda evdə "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran"  matçın hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Lənkərana yağan güclü qardan sonra mərkəzi stadionun ağ örtüyə bürünməsi səbəbindən Elbrus Məmmədov yetirmələrini qapalı məkanda hazırlayır.

 

Bu arada, komandanın aparıcı futbolçusu qapıçı Vyekoslav Tomiç "Qəbələ" ilə matçda zədə aldığından hələ ki məşqlərdə iştirak edə bilmir. Hətta deyilənə görə, onun "Bakı" ilə matçı buraxa bilər. Belə olan vəziyyətdə baş məşqçi zədədən yenicə dönən Orxan Sadıqlıya güvənməli olacaq.

 


Digər xəbərlər

Xəbər xətti