Arif Əsədov: "Çox vacib bir qələbə qazandıq"

17:29 24 Fevral 2015

Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçirilib. Qarşılaşma 0-1 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Arif Əsədov oyun haqqında  fikirlərini bölüşüb

 “Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.


Xəbər xətti