Tərlan Əhmədov: "Hakimin bəzi qərarına ..."

17:35 24 Fevral 2015

Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçirilib. Qarşılaşma 0-1 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyun haqqında  fikirlərini bölüşüb

“Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdı”.

 


Xəbər xətti