Şumaxer bu dəfə ölümlə yarışır: Sarsıdıcı həqiqətlər

19:15 24 Fevral 2015

“Formula-1” pilotu Mixael Şumaxerin müalicəsi üçün külli miqdarda pul tələb olunur.

 

Sportaren.az xəbər verir ki, pilotun müalicəsinin xərclərini ödəmək üçün əvvəllər onun şəxsi təyyarəsi və 2000-ci ildə dünya çempionluğunu qazandığı “Ferrari F-2000” avtomobili satışa çıxarılmışdı.

 

Alman pilotun xanımı ərinin müalicəsi üçün onların Norveçdəki 3 milyon dollar qiymətindəki 645 kv. metrlik evlərini də satışa çıxarıb. İdmançının vəziyyətinin ağır olmasına baxmayaraq, onun meneceri Sabina Kem menecerlərin ondan imtina etmədiklərini deyib.

 

Mixael Şumaxer 2013-cü ilin dekabrında Alp dağlarında xizəklə sürüşərkən yıxılaraq ağır zədə almışdı. Pilot keçən ilin sentyabrından evində müalicəsini davam etdirir. Həkimlər onun sağlığında irəliləyiş olduğunu desələr də, sağalma prosesinin çox ləng getdiyini qeyd edirlər.

 


Digər xəbərlər

Xəbər xətti