Tanınmış alpinist faciəvi şəkildə həlak olub

19:23 24 Fevral 2015

Tanınmış Alp dağ bələdçisi, italyan alpinist Pyetro Byasini Norveçdə faciəvi təsadüf nəticəsində həlak olub.

 

Sportarena.az xəbər verir ki, alpinist Norveçin dağ zirvələrindən birinə qalxan zaman həlak olub – altındakı buz massivi qəfildən qırılaraq dağılıb. Pyetronun yanında olan yoldaşı yüngül xəsarətlərlə canını qurtarıb.

P.Byasini daha çox doğma torpağı olan Lombardiyada dağ bələdçisi və buzadırmanan kimi tanınır. Onun karyerasına Alp dağlarında bir neçə ilk keçmə və ya çətin marşrutların ilk təkrarı kimi qalxmalar daxildir. Həmin marşrutların siyahısında Melloscrollo, Mastro d'Haschish, Felsige Gärten, Tanta Roba və Minchie Vaganti kimi adlar var.


Digər xəbərlər

Xəbər xətti