"Sumqayıt" rəsmisi Məmmədov qalmaqalına aydınlıq gətirdi "Ümumən kluba hörmətsizlik etdi "

22:51 24 Fevral 2015

“Sumqayıt” klubunun meneceri Ceyhun Sultanov bu gün İnterAz kanalında yayımlanan “Arena” verilişinin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, Sultanov verilişin gedişatında “Sumqayıt” klubunun futbolçusu  Təvəkkül Məmmədovun klubdan icazəsiz ayrılmasının səbəblərini açıqlayıb:

“O düşərgəni tərk etdikdən sonra özünə zəng etdim, qardaşı ilə də danışdım. Qardaşı da  əmin etdi ki, onu yaxşıca başa salıb kluba yollayacaq. Biz daha sonra ona cəza kimi maaşını aşağı saldıq, əvzedicilərə göndərdik. Ümumiyyətlə həyatım boyu belə halla binici dəfə rastalaşıram ki, hansısa klubdaxili xırda problemi hansısa futbolçu kənara çıxartsın. Peşəkarlığdan kənar hərəkəttdir. Ümumən kluba hörmətsizlik etdi və özünə də ziyan verdi”.


Xəbər xətti