"Neftçi"dən növbəti böyükhesablı qələbə

23:22 24 Fevral 2015

Futbol üzrə Azərbaycan çempionatının U-15 Liqasında növbəti turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Neftçi” klubu səfərdə “Fortuna”nı  1:5 hesabı ilə məğlub edib. “Neftçi”nin heyyətində Qasımov Fariz, Əlizadə Asim, Mahmudov Fərid, Məmmədov Məhəmməd və Əhmədov Turan fəqləniblər.

 

Qeyd edək ki, “Qaradağ Lökbatan”ın sabiq baş məşqçisi Adil Mahmudovun komandaya gəlişindən sonra bu “Neftçi” klubunun ardıcıl 5-ci qələbəsidir ki, bu görüşlərdə “ağ-qaralar” rəqib qapısından 17 top keçirdiyi halda öz qapısında cəmi 1 top görüblər və komanda səkkizinci yerdən üçüncü yerə qədər yüksəlməyi bacarıb.


Xəbər xətti