"Barselona"dan səfər, "Yuventus"dan ev qələbəsi

01:36 25 Fevral 2015

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçlar keçiriləcək.

 

Sportaren.az xəbər verir ki, ötən həftə start götürən 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 qarşılaşma baş tutacaq.

 

Bugünkü görüşlərdə “Böyük beşlik” çempionatlarının təmsilçiləri meydana çıxacaq. Günün daha maraqlı qarşılaşması Mançesterdə baş tutacaq. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda “Mançester Siti” ilə “Barselona” üz-üzə gələcək. İspaniyalılar həmin vaxt əldə etdiyi uğuru təkrarlamağa çalışacaq. İngiltərə təmsilçisi isə hər iki matçda uduzmasının (0:2, 1:2) qisasını almalıdı.

 

İtaliyada üz-üzə gələcək “Yuventus”la “Borussiya” isə 8-ci dəfə qarşılaşacaq. Əvvəlki 7 qarşılaşmada 4 dəfə İtaliya təmsilçisi, 2 dəfə Bundesliqa klubu qalib gəlib. 1 dəfə fə bərabərliklə kifayətlənən komandaların son iki görüşündə “Borussiya” qələbə qazanıb. 18 il əvvələ təsadüf edən son matçdakı qələbə isə Çempionlar Liqasının finalında qeydə alınmışdı. Turinlilər həlledici görüşdəki məğlubiyyətin (1:3) qisasını almaq əzmindədi. Almaniyalılar isə çempionatdakı uğursuzluqlarını sığortalamağa çalışacaq.

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

24 fevral

 “Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) 1:2

Qollar: Aquera, 69; Suares, 16, 30

“Yuventus” (İtaliya) - “Borussiya” (D. Almaniya) 2:1

Qollar: Tevez,13; Morata, 43; Roys,18

 


Digər xəbərlər

Xəbər xətti