AFFA "Rəvan"dan hesabat tələb etdi: Formalar hardadır?!

00:54 25 Fevral 2015

AFFA və “Rəvan” klubu arasında gərginlik yaşanmaqdadır.

 

 

Sportarena.az xəbər verir ki, buna səbəb “Rəvan” klubunun AFFA-dan bütün yaş qruplarında olan komandalara forma alınması üçün ayrılan pulu düzgün yöndə istifadə etməməsi olub. AFFA-nın baş katibi də məsələyə sərt münasibətini bildirib.

 

Saytımıza daxil olan məlumata görə AFFA, mövsüm öncəsi “Rəvan” klubuna bütün yaş qrupları üzrə forma alınması üçün pul və ya birbaşa forma verilməsini təklif edib. “Rəvan” rəhbərliyi pul təklifini qəbul edib. Lakin, mövsümün açılışından indiyənə qədər “Rəvan” klubunun futbolçuları köhnə formalardan istifadə edib, yeni formaları isə “gördüm” deyən olmayıb.

 

Məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov “Rəvan” rəhbərliyindən hesabat tələb edib. Pulların hansı yöndə xərclənilməsi sübuta yetirilməsə kluba ağır cəzalar da kəsilə bilər.

 

Gün ərzində məsələni diqqətdə saxlayacaq, həm “Rəvan”, həm də AFFA tərəfinin fikirlərini öyrənməyə çalışacayıq.


Digər xəbərlər

Xəbər xətti