"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisində

11:38 25 Fevral 2015

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Herseqovina millisinə çağırıla bilər.

 

 

Sportaren.az xəbər verir ki, bunu yerli yığmanın baş məşqçisi Mehmed Bazdareviç deyib.

 

Martın 28-də AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Andorra ilə qarşılaşacaq bosniyalılar Şehiçin “Qarabağ”dakı uğurlu çıxışına biganə qalmayıblar. Onun, xüsusən də, Avropa Liqasındakı əla oyunu Bazdareviçin qolkiperə marağını artırıb.

 

Yeni baş məşqçi Andorra ilə qarşılaşmada Şehiçə dəvət göndərəcəyini istisna etməyib: “Qapı xəttinə bir neçə namizədimiz var. Bu mövsümkü çıxışı nəzərə alsaq, Şehiçin milliyə ən real namizəd olduğunu deməliyəm”.

 

Qeyd edək ki, İbrahim Şehiç sonuncu dəfə 2010-cu ildə Bosniya və Herseqovina millisinin formasını geyinib.

 


Digər xəbərlər

Xəbər xətti