Ukraynalı jurnalist millimizin formasını "ələ saldı": "Nömrələrsiz formalar yığmanın sınaq matçlarında unikal hadisədi"

14:08 25 Fevral 2015

“Robert Prosineçkinin çalışdırdığı rəqib meydana nömrələrsiz formalarda çıxmaqla, yəqin ki, “Şaxtyor”un futbolçu və məşqçilərini təəccübləndirdi”.

 

 

Sportarena.az xəbər verir ki, bu fikirlər ukraynalı jurnalist Yuri Yurisə məxsusdu.

 

Azərbaycan millisinin Ukrayna “Şaxtyor”u ilə Antalyadakı yoxlama oyunu haqda reportaj hazırlayan həmkarımız yazısında Robert Prosineçkinin yetirmələrinin geyiminə də toxunub: “Yoxlama oyunlarında soyad yazılmayan formalar olur. Lakin nömrələrsiz formalar yığmanın sınaq matçlarında unikal hadisədi. Maraqlıdı, görüşün belaruslu hakimi azərbaycanlı futbolçulara verdiyi bir neçə sarı vərəqəni necə qeydə alırdı? Amma bizi rəqib deyil, öz komandamız maraqlandırırdı”.

 

Həmkarımız oyun yığmamızın rəqib qapısı önündə təhlükə yaratmaqda çətiunlik çəkdiyini də qeyd edib: “Azərbaycan millisi arabir əks-hücumlar təşkil edirdi ki, Amma bu həmlələrdə Pyatov üçün təhlükə yox idi. “Şasxtyor” özünə xas olan kombinasiyalı futbol sərgiləsə də, sonuncu ötürmə çatmırdı. Taysonun meydana daxil olması ilə donetsklilərin oyunu xeyli canlandı”.

 

Qeyd edək ki, “Şaxtyor” millimizi 2:1 hesabı ilə məğlub edib.

 


Xəbər xətti