"Rəvan" rəsmisi: "Elxan Məmmədovun bu cür danışmasına nə ad verəcəyimi bilmirəm"

14:51 25 Fevral 2015

Daha öncə AFFA-nın baş katibi Elxan Məmmədovun “Rəvan” klubunu forma məsələsində ittiham etdiyini xəbər vermişdik. Məmmədov “Rəvan” klubuna forma üçün verilən pulun düzgün yöndə sərf olunmadığını bildirmişdi.

 

Məsələ ilə bağlı “Rəvan” klubunun vitse-prezidenti İlqar Axundov Sportarena.az saytına açıqlama verib:

 

“Məsələni araşdırmadan Elxan Məmmədovun  bu cür danışmasına nə ad verəcəyimi bilmirəm. AFFA-nın bizə ayırdığı pul 30 min manat civarındaydı. Bu pulu özlərinə qaytardıq. Məsələnin araşdırılmadan belə davranış bizim tərəfimizdən müsbət qarşılandmadı. “Rəvan” klubu Azərbaycan futbolunun inkişafına xidmət edən klublardandır. Belə kiçik məbləğə görə bu qədər söz-söhbət yaratmaq lazım deyildi”. – deyə Axundov bildirib.

 

Axundov, həmçinin Elxan Məmmədovun onu qəbul etmədiyini və məsləyə aydınlıq gətirmədiyini də bildirib:

“Mən Elxan Məmmədovla əlaqə yaratmağa çalışdım, qəbuluna getdim. Amma, gah vaxtının olmadığını, gah getməli yeri olduğunu bəhanə gətirərək məni qəbul etmədi və məsələ yenə də bizə tam aydın olmadı. “Rəvan” klubunun bütün futbolçularına forma verilib. Mən Elxan Məmmədovun hansı formalardan danışmasını anlaya bilmirəm. Ötən il də bizə problem yaratdılar. Premyer Liqadan düşməyəcəyimizi deyib sonra da aşağı liqaya saldılar. İndi də heç bir araşdırma aparmadan bu söz-söhbətlər ortaya çıxdı”.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti