"Monako" və “Bayer”dən gözlənilməz qələbə

01:38 26 Fevral 2015

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər yenə 2 qarşılaşma izləyəcək.

 

“Arsenal” doğma publika önündə “Monako”nı sınağa çəkəcək. İngiltərə Premyer Liqasında uğurlu çıxış edən “topçular” səfər matçıöncəsi önəmli nəticə əldə etmək istəyir. Fransa təmsilçisi isə asan təslim olmaq niyyətində deyil.

 

Günün digər görüşü Almaniyada baş tutacaq. “Bayer” Madrid “Atletiko”sunu qəbul edəcək. Ötən ilin finalçısı olan İspaniya klubu leverkuzenliləri  məğlub edib, yoluna davam etmək arzusundadı. Bundestim təmsilçisi isə güclü rəqibi qarşısında ciddi hazırlaşıb.

 

Qeyd edək ki, ötən gün “Barselona” səfərdə “Mançester Siti”ni 1:2, “Yuventus” isə Dortmund “Borussiya”sını eyni hesabla məğlub edib.

 

 

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

25 fevral

23:45. “Arsenal” (İngiltərə) – “Monako” (Fransa) 1:3

Qollar: Kamberlayn, 90; Kondoqbia, 38; Berbatov,52; Karrasko,90+2

23:45. “Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) 1:0

Qol: Çalkanoğlu, 57

 


Digər xəbərlər

Xəbər xətti