AZAL-ın yeni transferinin dizinə qan yığılıb

12:01 26 Fevral 2015

Premyer Liqada ilk “dördlüy”ə düşməklə Avropa Liqasına vəsiqə qazanmağı hədəfləyən AZAL qarşıdakı turda istirahət edəcək.

 

 

 

Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, “təyyarəçilər”in zədəli futbolçularının problemi də bu müddətdə həll olunacaq.

 

Paytaxt təmsilçisinin ən ciddi itkilərindən biri olan Valeri Kutsenko artıq sağalıb. “İnter”lə XXIII tur matçının sonlarında zədələndiyi üçün “Neftçi” ilə III turdan təxirə salınmış oyununu buraxan yeni transfer hazırda kollektivlə birlikdə məşq edir. Ukraynalı futbolçunun diz boşluğunda qan yığıldığı üçün məşqçilər korpusu “Neftçi” ilə qarşılaşmada onu riskə atmaq istəməyiblər. Bu baxımdan problemi tədricən yoluna qoyulan Kutsenko “Neftçi” ilə kubok görüşündə komandasına kömək edə biləcək.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-ın “Neftçi” ilə ilk oyunu martın 4-də baş tutacaq.

 


Digər xəbərlər

Xəbər xətti