Amit Quluzadə oynamadı, komandası uduzdu

12:29 26 Fevral 2015

Portuqaliya çempionatının ikinci liqasında 30-cu turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda "Benfika B" komandası ilə qarşılaşıb. Oyun həmyerlimizin klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Amitin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "Atletiko" hazırda 30 xalla 21-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti