Aqil Məmmədov: "Neftçi" güclü klubdur, amma..."

14:15 26 Fevral 2015

“Neftçi” güclü klubdur, amma, biz də hər bir komanda ilə oyuna qəlbəyə görə çıxırıq”.

 

Bu sözləri sportarena.az saytına “Sumqayıt” klbunun baş məşqçisi Aqil Məmmədov deyib. Məmmədov, rəqibin 8 oyunçu itkisi ilə meydana çıxmasını və oyundakı şanslarını qiymətləndirib:

 

“Tam şəkildə məşq edə bilmirik. Yığmada olan oyunçularımız komanda ilə məşq etməyə sabah gələcəklər. Bizə çətin olacaq. Baxmayaraq ki, “Neftçi”nn itkiləri çoxdur, amma, onlarda birinci və ikinci heyyət fərqi yoxdur. Düşünmürəm ki, rəqibin itkilərini çıx olması bizim üstünlüyümüzdür. Biz oz oyunumuzu fikirləşməli və qələbəni düşünməliyik. Belə şeylərnən özümüzə arxayınlıq yaratmamalıyıq”. – deyə Məmmədov bildirib.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti