FİFA futbolçulara 135 milyon ödəyəcək

15:38 26 Fevral 2015

FİFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında futbolçulara məvacib ödəyəcək.

 

 

Sportarena.az xəbər verir ki, ali futbol qurumu bunun üçün 135 milyon funt-sterlinq pul ayırmağı planlaşdırır.

 

Həmin məbləğ isə ötən il Braziliyada təşkil edilən dünya çempionatında xərclənən puldan qat-qat çoxdu. Belə ki, DÇ-2014-də iştirak edən 736 futbolçuya ümumilikdə 45 milyon funt-sterlinq verilmişdi.

 

Qeyd edək ki, 2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatı noyabr-dekabr aylarında baş tutacaq.

 

 


Xəbər xətti