"Simurq" məşqlərə başladı, Gökdəmir qayıtdı

16:47 26 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində fevralın 28-də "İnter"in qonağı olacaq “Simurq” hazırlıqları davam etdirir. 

 

 

Sportarena.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan məşqdən öncə komanda Xocalı faciəsində şəhid olan vətəndaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edib. Baş məşqçi Georgi Çixradze faciə ilə bağlı fikirlərini səsləndirib. Bu cür cinayətin cəzasız qalmayacağına inandığını bildirib. 

 

 

Daha sonra Zaqatala təmsilçisi hazırlığa başlayıb. İki saata yaxın davam edən çalışmalarda yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Uzun müddətdir zədədən əziyyət çəkən Əli Gökdəmirdə hazırlıqlara qoşulub. Ancaq müdafiəçi hələ ki komandadan ayrı məşqləri davam etdirir. 

 

 

Bu günkü məşqlə Zaqatalada çalışmaları tamamlayan "Simurq", sabah Bakıya gələcək. Son məşqini qarşılaşmanın keçiriləcəyi "İnter Arena"da edəcək. 

 

 

Qeyd edək ki, "İnter" - "Simurq" oyunu fevralın 28-də saat 15:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti