Güləşçilər Xocalı faciəsinin qurbanlarını ehtiramla yad edib - FOTO

17:36 26 Fevral 2015

Güləş üzrə ölkə yığma komandalarının üzvləri Xocalı faciəsinin qurbanlarını ehtiramla yad edib. 

 

 

Sportarena.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Abidənin qarşısına gül dəstələri qoyulub, şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

 

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə "Xocalıya Ədalət" Kampaniyasına qoşularaq, xüsusi hazırlanmış maykalar geyinərək faicə qurbanlarının xatirəsini yad edib.  

 

Xocalı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq Federasiyanın inzibati binasının önündə bayraqlar aşağı endirilib və qara lentlə bağlanılıb.


Digər xəbərlər

Xəbər xətti