AFFA Xocalı qurbanlarını yad etdi - FOTO

17:46 26 Fevral 2015

AFFA-nın əməkdaşları və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri Xocalı qurbanlarını anıblar.

 

 

Sportarena.az xəbər verir ki, onlar Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

 

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bu addımı assosiasiya əməkdaşları və milli üzvləri abidənin qarşısına əklillər qoyub, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.


Digər xəbərlər

Xəbər xətti