"İnter" Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdi - FOTO

22:32 26 Fevral 2015

Bu gün Azərbaycan xalqı Xocalı faciəsi qurbanlarının xatirəsini yad edir.

 

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "İnter" Peşəkar İdman Klubunun prezidenti Georgi Nikolov, vitse-prezident Müzəffər Novruzəliyev, maliyyə departamentinin rəhbəri Elmar Qafarov və klubun digər nümayəndələri "Ana Fəryadı" abidəsinin önünə gül-çiçək dəstələri qoydular və faciədə həlak olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 


Digər xəbərlər

Xəbər xətti