"Atletiko Madrid"də zədəli və cəzalı böhranı: 4 nəfər olmayacaq

23:14 26 Fevral 2015

“Atletiko Madrid” “Bayer Leverkuzen”lə oynayacağı cavab matçına indidən 4 itki ilə hazırlaşır.

 

 

Sportarena.az xəbər verir ki, madridlilərin “Bayer”lə səfər oyununda məğlubiyyəti (1:0) heç də tək hesabda olmadı.

 

Belə ki, qarşılaşmanın ilk yarısında zədələnərək meydandan çıxan Quliermo Siquera və Saul Niquezin zədələrinin ciddi olduğu və cavab matçında iştirak edə bilməyəcəyi açıqlanıb.

 

İspan klubundan verilən açıqlamaya görə, Siqueranın qasığında çəkilmə, Saulun böyrəyində problem olduğu bildirilib.

 

Cavab matçı öncəsi Dieqo Qodinin sarı, Tiaqonun qırmızı kart cəzası olduğundan Madrid klubu çətin vəziyyətə düşüb.

 

Qeyd edək ki, madridlilər ÇL-də “Bayer” klubu ilə qarşılaşmaqla bərbar La Liqada ard-arda “Sevilya”, “Valensia”, “Espanyol” klubları ilə çətin qarşılaşmalar keçirəcək.


Digər xəbərlər

Xəbər xətti