Türk tərəfdarın üzərindən silah tapılıb

12:09 27 Fevral 2015

“Napoli” – “Trabzonspor” oyunundan sonra türk və italiyalı azarkeş polis tərəfindən saxlanılıb.

 

 

Sportarena.az İtaliyanın AGİ xəbər agentliyinə istinadən xəbər verir ki, “Napoli” – “Trabzonspor” oyununun sonunda oyunu izləmək üçün Almaniyadan İtaliyaya gələn bir türk azarkeş üzərində soyuq silah aşkarlanaraq saxlanılıb. Daha 7 türk tərafdar isə istifadəsi qadağan olunmuş məşəl yandırdıqları üçün sorğulanıb. Qonaqların olduğu sektora məşəl atan “Napoli” azarkeşi də saxlanılıb.

 

Qeyd edək ki, oyun öncəsi də tərafdarların yaralanması ilə nəticələnən oxşar olaylar baş vermişdi.


Xəbər xətti