"Xəzər Lənkəran"da ən çox fərqlənən gəlmələr

13:43 27 Fevral 2015

"Xəzər Lənkəran" klubunda ən çox fərqlənən gəlmə oyunçuları sizə təqdim edirik.

 

Mario Souza (77 oyun, 26 qol) Agasəlim Mircavadovun dəvəti ilə komandaya gələn Mario qısa müddət ərzində publikanın ən sevimli oyunçularından biri olmuşdu, fanatlar arasında super Mario kimi tanınır.

 

İvan Tsvetkov (57 oyunda, 24 qol) Rasim Karanın komandaya ikinci qayıdısından sonra solaxay gəlməni "Sivasspor"dan transfer etmişdir.

 

Alan Lalin ( 53 oyunda, 14 qol) Azərbaycana qədər "guya" Honduras yığma komandasının əsas oyunçularından biri idi və "DÇ 2010" mundiala gedəcəkdi.Daha çox real qol vəziyyətlərində qeyri dəqiqliyi ilə yaddaşlarda qalmışdır.

 

Emeka Opara ( 53 oyunda, 11 qol) Ağasəlim Mircavadov komandaya gətirmişdir. İlk oyundalar heçdə pis təsir bağışlamırdı lakin getdikcə əvvəlki formasından çox uzaq düşdü və Mirça Rednik tərəfindən komndadan qovuldu.

 

Branimir Subaçiş (51 oyunda, 14 qol) Mirça Rednikaş məşqçi olan vaxtı komandaya gözlənilmədən "Qəbələ"dən transfer olundu.Sonradan məlum olduki müəyyən səbəblərə görə "məcburi" komandaya gətirilmişdir.Qolların çoxunu penaltilərdən vurmuşdur.

 

Mbila( 41 oyun, 15 qol) Toşak tərəfindən komandaya gətirilmişdir.Heçdə pis təsir bağışlamadı.Hal-hazırda "Samsunspor"un əsas fiqurlarındadı.

 

Junyor Nildo  (39 oyunda,  10 qol) "Xəzər Lənkəran"a gələnə qədər AZAL-da demek olar hər oyunda qol vururdu.Toşak tərəfindən bəyənildi transfer olundu lakin əvvəlki formasından çox uzaq idi.Komandadan qovuldu, hal-hazırda "İnter"in əsas qol silahıdırş

 

Uinston Parks (30 oyunda, 12 qol) Mirça Rednikin komandaya transfer etdiyi Parks Vobayla əla tandem yaratdı və bütün rəqibləri qorxuya salmışdır.Lakin növbəti mövsümdə gözlənilmədən "Bakı"ya transfer olunan Parks yerli publika tərəfindən Dollar Parks ləqəbini qazanmışdır.

 

Edmond N'Tiamoa (27 oyunda, 13 qol) Ağasəlim Mircavadov tərəfindən transfer olunan Edmond N'Tiamoa Zaur Ramazanovla əla tandem yaradıb 2007-ci ildə qazanılan qızıl dublda əsas pay sahiblərindən idi.

 

Oqtay Drəlioğlu (23 oyunda, 18 qol) Rasim Kara komandaya gəlişi ilə Türkiyə yığmasının və "Beşiktaş"ın ulduz futbolçusu Oqtayıda komandaya gətirdi.Qısa müddət lənkəranlıların sevimli və hələdə unudulmaz futbolçusu kimi tarixdə qaldı. 10 oyun ard-arda fərqlənməyi bacardı."Qızıl oyun" uğursuzluğundan sonra komandadan göndərildi.

 

 

 


Xəbər xətti