"Argentina Condors" - "Baku Fires": Heyətlər məlumdur

14:27 27 Fevral 2015

Fevralın 28-də Argentinada Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turu çərçivəsində yerli “Argentina Condors” klubu “Baku Fires”i qəbul edəcək.

 

 

Sportarena.az xəbər verir ki, komandaların heyətləri artıq məlumdur:

“Argentina Condors”   – “Baku Fires”  

49 kq. Leandro Zarate  – Məhəmməd İbiyev   
56 kq. İqnasio Perrin  – Məhəmməd Qurbanov     
64 kq. Leandro Amitrano  - Heybətulla Hacəliyev    
75 kq. Alberto Lebenstajn  – Nikolay Veselov    
91 kq. Daniel Blanş -  Abdulqadir Abdullayev  

İbiyevin rəqibi olacaq 26 yaşlı Zarate 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçısı olub. Təcrübəli boksçu 2007-ci ildə Çikaqoda təşkil olunan mundialda da mübarizə aparıb.

Fərdi reytinqdə vəziyyətini yaxşılaşdırmağa çalışan Hacəliyev əvəllər peşəkar rinqdə çıxış edən Amitrano ilə üz-üzə gələcək. Qeyd edək ki, milli komandamızın üzvü hazırda reytinqdə 5-ci yeri tutur.

Fərdi reytinqdə 5-ci olan Abdulqadir Abdullayev üçün də bu görüş böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Argentina komandasının yalnız bir üzvü – İqnasio Palmetta (69 kq) reytinqdə 5-cidir.

“Argentina Condors”  1 xalla qrupda sonuncu yeri tutur.  Komanda son görüşdə  səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub. Cənubi amerikalılar bu heyətlə  Venesuelada yerli komandaya 1:4 hesabı ilə məğlub olublar.


Bu həftə B qrupunda “Astana Arlans”  “İtalia Thunder”i,  “Puerto Rico Hurricanes” USA “Knockouts”u, “Caciques Venezuela” isə “Rafako Hussars Poland”ı qəbul edəcək.    

Turnir cədvəli 
1. “Astana Arlans” – 18 xal,  (döyüşlərin nəticələri  26-4) 
2. USA “Knockouts” – 15,  (18-12)
3. “İtalia Thunder” – 12, (17-12) 
4. “Baku Fires” – 11, (18-12)
5. “Puerto Riko Hurricanes” – 8, (11-19)
6. “Venezuela Cacquez” – 7, (11-19)
7.  “Rafako Hussars Poland” – 6, (12- 18)  
8.  “Argentina Condors” – 1,  (6-23)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

 


Xəbər xətti