Ağabala Ramazanov: “Bakı”nı kiçiltmək olmaz"

15:31 27 Fevral 2015

“Xəzər Lənkəran” və Azərbaycn millisinin futbolçusu Ağabala Ramazanov həm millinin son toplanışı, həm də sabah oynanılacaq “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması haqqında sportarena.az saytına fikirlərini bildirib.

 

Ramazanov, millinin son topanışının yaxşı keçdiyini və yeni baş məşqçi Robert Prosineçkinin hücumameyilli taktika seçməsini açıqlayıb.

“Məşqlər maraqlı keçdi. Prosineçki ağıllı məşqçidir. Nə etmək istədiyini yaxşı bilir. Hücum futbolun sevir deyənə, çalışmalarımız əsasən bu yöndə oldu. Berti Foqs müdafiəyə meyilli futbolu sevirdisə, indiki məşqçis hücum futbolunu sevir. Zədələndikdən sonra əsas milliyə çağrılmağımı gözləyirdim. Mənim üçün xoş oldu”.

 

Daha sonra, sabah keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” qarşılaşmasında qələbə qazanacaqlarını əminliklə bildirib.

“Hamı ilk qələbə haqqında fikirləşir. Amma, biz daha öncə çıxdığımız bütün oyunlarda ilk qələbə haqqında fikirləşmişik. Sadəcə, bu bizdə alınmadı. İnşallah, “Bakı” ilə oyunda qələbə qazanacağıq.  Amma, “Bakı”nı da kiçiltmək olmaz. Belə baxanda, bizdəki heyət də gəncdir, onlarda da...  Gərgin mübarizə olacaq”.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti