Nikolas Kanales: "Çətin oyun olacaq"

15:39 27 Fevral 2015

“Neftçi”nin futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt”la keçiriləcək oyun barədə fikirlərini bildirib.

 

 

 

Sportarena.az xəbər verir ki, çilili hücumçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:

 

“Çətin oyun olacaq. Çünki səfərdə oynayacağıq. Bundan başqa, “Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 3 xal qazanmaq bizim üçün çox vacibdir. Şadam ki, AZAL-la təxirə salınmış oyunda fərqləndim. Qolların davamını gətirməyə çalışacağam”.

 


Digər xəbərlər

Xəbər xətti