Alim Nəbiyev Rusiyada qələbə qazandı

15:15 27 Fevral 2015

Azərbaycanın peşəkar K-1 döyüşçüləri fevral ayının 26-da Rusiyanın Moskva şəhərində  “RUSSIA GRAN PRI OPEN” GPRO 16 adlı turnirdə iştirak edib.

 

Sportarena.az xəbər verir ki, bu mötəbər gecədə Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin “Best of the Best Promotion”un rəhbəri Elnur Məmmədovun dəstəyi ilə üç peşəkar idmançı Tural Bayramov, Alim Nabiev, Xəyal Canıyev iştirak edib.

İdmançılarımız döyüşə “Xocalıya Ədalət” yazılı forma ilə çıxıb. İdmançılarımızdan yalnız Alim Nəbiyev qələbə qazanıb. O, rəqibi Kumer Calievi məğlub edib.

 


Digər xəbərlər

Xəbər xətti