Balotelli: "Qulaqlarım hələ də cingildəyir"

18:34 27 Fevral 2015

UEFA-nın rəsmi saytı  Avropa Liqasında “Beşiktaş”ın “Liverpul”u üstələdiyi oyunun əsas qəhrəmanı kimi “Beşiktaş”lı azarkeşləri göstərib.

 

Sportarena.az xəbər verir ki, “Liverpul”un Fildişi Sahili oyunçusu Kola Ture, matç sonrası UEFA-ya verdiyi açıqlamada “Beşiktaş”lı tərafdarları tərifləyərək bildirb ki, “Həyatımda belə azarkeş görmədim. Dürüstcəsinə deyirəm ki, həyatım boyu gördüyüm ən yaxşı atmosfer idi”.

 

Digər “Liverpul”lu oyunçu Mario Balotelli isə daha maraqlı açıqlama verib: “O qədər səs-küy vardı ki, qulaqlarım hələ də cingildəyir.  Siz eşitmirsiz? Bilirəm, amma, bu səslər hələ də qulağımdadır” – deyə Balotelli bildirib.


Xəbər xətti