İŞİD-in cəlladı "Mançester" fanatı imiş - "O hücumçu olmaq istəyirdi"

19:12 27 Fevral 2015

"Cihadçı Con" kod adı ilə İŞİD terror qruplaşmasında bir sıra edam videolarında görünən şəxsin ingiltərəli Məhəmməd Əmvazi olduğu müəyyənləşib. 27 yaşlı Əmvazinin barəsində bir sıra maraqlı faktlar da ortaya çıxıb. 

 

 

 

Sportarena.az xəbər verirk ki, verdiyi xəbərə görə, "Cihadçı Con" uşaq yaşlarında "Mançester Yunayted" klubunun azarkeşi olub. O, həmçinin Britaniyada kifayət qədər məşhur olan "S Klub 7" pop qrupuna da pərəstişkarlıq edib. Məhəmməd Əmvazi peşəkar futbolçu da olmaq istəyirmiş.

 

"Məhəmməd hər nahar fasiləsində və məktəbdən sonra futbol oynayardı. Futbolla yanaşı, bir sıra sözlər öyrənərdi. Bütün oğlanlar kimi, o da hücumçu olmaq istəyirdi" - terrorçunun sinif yoldaşlarından biri deyib. Əmvazini tanıyan başqa bir nəfər onun İŞİD-ə qoşulmasını təəccüblə qarşıladığını etiraf edib.

 

Qeyd edək ki, Küveytdə anadan olan Əmvazi daha sonra ailəsi ilə birlikdə Londona köçüb.


Digər xəbərlər

Xəbər xətti