“Mançester Yunayted” van Persini itirdi

19:35 27 Fevral 2015

“Mançester Yunayted” aparıcı hücumçusu Robin van Persini itirib.

 

 

Sportarena.az xəbər verir ki, hollandiyalı forvard bir müddət “mankunianlar”a kömək edə bilməyəcək.

 

Premyer Liqanın XXVI turu çərçivəsində “Suonsi” ilə səfər matçında zədələnən hollandiyalı oyunçu tibbi müayinədən keçib. Bu barədə açıqlama verən komandanın baş məşqçisi Lui van Qal 32 yaşlı futbolçunun təxminən 1 ay komandadan ayrı qala biləcəyini deyib.

 

Qeyd edək ki, Robin van Persi cari mövsümdə İngiltərə Premyer Liqasında 10 qola imza atıb.

 


Digər xəbərlər

Xəbər xətti