"Bakı" son məşqinə çıxdı

22:50 27 Fevral 2015

“Bakı” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq.

 

 

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu bu gün Lənkəran şəhərində oyun öncəsi son məşqini keçirib.

 

 

Saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib.

 

 

Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı verib.

 

Qeyd edək ki, qarşılaşma sabah saat 17:00-da başlayacaq və meydan sahiblərinin kanalı ilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti