"Neftçi" "Sumqayıt"la oyuna 4 itki ilə hazırlşır

22:56 27 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində "Neftçi" səfərdə "Sumqayıt"ın qonağı olacaq.

 

 

Klubdan Sportarena.az-a verilən məlumata görə, Ernest Nfor və Məqsəd İsayevin zədə səbəbindən sabahkı oyunu buraxacağı dəqiqdir. Digər yüngül zədəlilər, diz qapağındakı ağrılardan əziyyət çəkən Denis Silva və əzələsini dartmış Rəhman Hacıyevin isə durumu oyun günü məlum olacaq.

 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı sabah saat 16:00-da “Kapital Bank Arena” stadionunda keçiriləcək.

 


Xəbər xətti