Blatter narazıdır: "2022-ci ildəki dünya çempionatı dekabrın 23-dək davam etməməlidi"

00:17 28 Fevral 2015

FİFA prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı narazılığını dilə gətirib.

 

 

Sportarena.az xəbər verir ki, prezident mundialın təqvimindən narazı olduğunu bildirib.

 

Blatter DÇ-2022-nin təyin edilən tarixdən tez başa çatmalı olduğunu ifadə edib: "2022-ci ildəki dünya çempionatı dekabrın 23-dək davam etməməlidi. Mən bu təqvimdən narazıyam. Çempionat dekabrın 18-dən gec bitməməlidi".

 

Qeyd edək ki, bu yaxınlarda DÇ-2022-nin 26 noyabr - 23 dekabr tarixlərində keçirilməsi qərara alınıb.

 


Xəbər xətti