Premyer Liqanın 2 klubu üzərində istintaq keçiriləcək

11:28 28 Fevral 2015

Rusiya çempionatının "Lokomotiv" və "Dinamo" klubları üzərində maliyyə fair play (FFP) ilə bağlı UEFA tərəfindən istintaq keçiriləcək.

 

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadan xəbər verir ki, rusiyalı klublar qaydaların məzmunu dəqiqləşdirilməyən bəzi maddələrini pozublar. Klublara qarşı tədbiq olunacaq tədbirlər haqda bu ilin may ayında məlum olacaq.

 

Buna qədər UEFA istintaqı Rusiyanın "Zenit", "Anji", "Rubin" və "Krasnodar" klubları üzərində keçirilib.

 

Maliyyə fair play UEFA prezidenti Misşel Platininin təşəbbüsüdür. Onun sözlərinə görə, bu mexanizm komandaların borca düşməmələri üçün onların xərclərini məhdudləşdırır.


Digər xəbərlər

Xəbər xətti