Azərbaycanlı 1 milyon 100 min dollar uddu - FOTO

13:30 28 Fevral 2015

Azərbaycandan olan oyunçu başlanğıc 800 dollar olan bank əsasında iki gün ərzində “Sportingbet” saytında onlayn-kazino və onlayn-bukmekrə pul qoyaraq 1 milyon 100 min ABŞ dolları udub.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə “Reytinq Bukmekerov”a şirkətdə danışıblar. Bəxti üzünə gülən oyunçu “canlı” kazinoda oynayan zaman “mini-kover” strategiyası üzrə 40 raund boyu böyük rəqəmlərə (25 və daha böyük) pul qoyub, bəxtinə düşən uduşlar bankı 800 dollardan 550 minə qədər artırmaq imkanı verib.

 

Qeyd edək ki, kover strategiyası ruletkada kürənin lazımi “zonaya” düşdüyü halda böyük məbləğdə uduş əldə etmə imkanı verən müəyyən nömrələrin “fişkalarla” örtülməsi deməkdir.

 

Oyunçu bununla kifayətlənməyib. O, Cənubi Amerikada futbol matçlarına iki – “hayns” və adi ekspress üslubunda 20 mindən bir qədər az pul qoyub. Səhər isə bankın 560 min dollara qədər artdığını görüb.    

 

Oyunda bəxti gətirənin adı açıqlanmır.


Digər xəbərlər

Xəbər xətti