Günel Rüstəmova: “AAAF Park”da idmana çox böyük yer ayrılıb” - VİDEO

16:29 28 Fevral 2015

“Məşhurlar AAAF Park”da rubrikasının növbəti qonağı Azərbaycanda futbol üzrə yeganə qadın FİFA agenti Günel Rüstəmova olub. O, gəzmək imkanı qazandığı AAAF Park Yaşayış Kompleksini çox bəyəndiyini bildirdi: “Müsahibəyə başlamazdan öncə, AAAF Parkı xeyli gəzdim. Bu məkanı çox bəyəndim, zövq aldım. “Dalğa” balıq restoranını xüsusi vurğulamaq istərdim. Bu yeri fərqləndirərdim, çünki çox gözəl eyrdir. Bununla yanaşı, bu şəhərcikdə daha bir üstünlük odur ki, idmana çox böyük yer ayrılıb”.

Günel Rüstəmova söhbət zamanı özünün bu işi necə seçməsində, peşəsinin çətinliklərindən, məişət məsələləri haqda, eyni zamanda futbolum və “Qarabağ” Futbol Klubunun Avropa Liqasındakı inamlı çıxışınından da danışdı.
Qeyd edək ki, rubrika zamanı qonağa AAAF Park adından sakin kartı və 10% endirimli mənzil kuponu hədiyyə edildi.

 


Digər xəbərlər

Xəbər xətti