George Çixradze: "Hücumlara atılırdıq, amma..."

17:31 28 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIV turu “İnter” üçün uğurlu alındı. Paytaxt klubu “İnter Arena”da “Simurq”u 2-1 hesabı ilə üstələdi.

 

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi George Çixradze oyun haqqında fikirlərini bölüşüb.

“Oyun çox çətin keçdi. Hücumlara atılırdıq, amma çox təəssüf, bu məntiqli sonucla nəticələnmirdi. Müdafiədə kobud səhvlər buraxdıq və bu da oyunun nəticəsinə təsir etdi. Səhvlərin üzərində çalışmalıyıq”. 

 


Xəbər xətti