Arif Əsədov: "Çətinliklə üzləşdik"

18:29 28 Fevral 2015

Premyer Liqanın XXIV turunda “Neftçi” səfərdə “Sumqayıt” üzərində 1-0 hesablı qələbə qazandı.

 

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

“Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər döyüşdülər. 3 xalı qazandığımız üçün şadam. Bir neçə matçdır ki, süni meydançalarda oynayırıq.  Ağırdı. Lakin gec də olsa, qol vurduq. Biz öz oyunlarımızı oynamalı və mübarizə aparmalıyıq. 
Nforun zədəsi var. Futbolçu sabahdan etibarən məşqlərə başlayacaq. Hazırda “Neftçi”də rəqabət mövcuddur. Futbolçuların hər birinə şans vermək niyyətindəyik”.

 


Xəbər xətti