Aqil Məmmədov: "Neftçi" bizdən üstün oynamadı"

18:31 28 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIV turunda “Neftçi” səfərdə “Sumqayıt” üzərində 1-0 hesablı qələbə qazandı.

 

 

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov qarşılaşma haqqında bunları deyib:

 

“Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Oyun barədə onu deyə bilərəm ki, öz səhvimizdən uduzduq. Məncə, “Neftçi” bizdən üstün oynamadı. Bərabərsəviyyəli oyun izlədik. Sadəcə, “Neftçi” bir səhvdən yararlanıb, qol vurdu. Orxan Əliyevin formada olmadığını demək düzgün olmaz. Sadəcə, düzgün futbol oynamır”. 

 


Xəbər xətti