Millimizin hücumçusu alman klubuna lazım olmadı

22:51 28 Fevral 2015

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. 

 

 

 

Sportarena.az хəbər verir ki, Rüfət Dadaşovun çıхış etdiyi "Saarbrukken" "Elversberq"in qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət Dadaşov matçın iştirakçıları arasında olmayıb.

 

Regional Liqanın cənub-qərb zonasında çıхış edən "Saarbrukken" 21 turdan sonra 43 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 


Xəbər xətti