Subaşiç oynadı, komandası məğlub oldu

00:15 1 Mart 2015

Türkiyə PTT I Liqasında XXII turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" səfərdə "Antalyaspor"un qonağı olub.

 

Qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Komandasının uduzduğu matçda serb əsilli futbolçumuz oyuna start heyətdə çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Manisaspor" 20 xalla 16-cı pillədə qərarlaşıb.

 


Xəbər xətti