"Qəbələ" 100-cü qələbəsini qazandı

10:56 1 Mart 2015

“Qəbələ” Azərbaycan çempionatları tarixində güclülər dəstəsində 100-cü qələbəsini qazanıb.

 

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIV turunun “Qarabağ”la səfər matçınadək elitada keçirdiyi 261 matçdan 99-nu 3 xalla başa vuran “qırmızı-qaralar” yubiley uğurunu son çempionla görüşdə əldə edib. Namiq Ələsgərovun avtoqolu ilə gələn 1:0 hesablı qələbə 64 heç-heçə və 98 məğlubiyyəti olan komanda üçün 100-cü qalibiyyət olub.
İlk qələbəsini 2006-cı il avqustun 26-da qazanan Qəbələ təmsilçisi “Gilan” adı ilə əldə etdiyi həmin zəfərə də səfərdə 1:0 hesabı ilə nail olmuşdu. 9 il öncə Qusar “Şahdağ”ı Quba Olimpiya Kompleksinin meydanında məğlub edilmişdi. 50-ci qələbə 2011-ci il mayın 19-da “Muğan”la ev oyununa təsadüf edib – 2:1.
“Qırmızı-qaralar” 100 qələbədən 58-ni evdə, 42-ni səfərdə qazanıb.
Komandamız daha çox qələbəni 2013/14 mövsümündə əldə edib: 2006/07 – 4, 2007/08 – 11, 2008/09 – 9, 2009/10 – 13, 2010/11 – 13, 2011/12 – 15, 2012/13 – 10, 2013/14 – 18, 2014/15 – 7.
 

 

Baş məşqçi Roman Qriqorçuk 3-cü qələbəyə sevinib. Onun həmkarları Ramiz Məmmədov 43, Yuri Syomin 18, Toni Adams 17, Fatih Kavlak 13, Dorinel Muntyanu 3, Faiq Cabbarov, Luis Araqon və Sənan Qurbanov hərəyə 1 dəfə belə sevinc yaşayıb.
“Qəbələ” Premyer Liqada qarşılaşdığı klublardan yalnız ikisinə - “Masallı” və “MKT-Araz”a qalib gəlməyib. “Qarabağ”ı 7-ci dəfə məğlub edən “qırmızı-qaralar” 100 qələbəni 19 komanda üzərində əldə edib: “Turan” – 11, “Simurq”, “Bakı” – 9, “Sumqayıt” – 8, “Qarabağ”, “Neftçi” – 7, “Muğan”, “Xəzər Lənkəran” – 6, “İnter”, AZAL, “Rəvan”, “Standard” – 5, “Karvan” – 4, MOİK, “Gənclərbirliyi” – 3, “Kəpəz”, “Bakılı”, ABN – 2, “Şahdağ” – 1.
“Qəbələ” daha çox 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə isə 9 müxtəlif qələbə hesabı qeydə alınıb: 1:0 – 31, 2:1 – 28, 2:0 – 17, 3:0 – 8, 3:1 – 7, 4:0 – 4, 4:1 – 3, 6:0, 3:2 – 1.

 

 


Digər xəbərlər

Xəbər xətti