Mourinyo: "Axmaq kimi görünə bilərəm"

13:47 1 Mart 2015

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu matçın karyerasının ən önəmli oyunu olduğunu bildirib:

 

"Bu oyun karyeramın ən önəmli oyunudur. Çempionlar Liqasının finalından da önəmlidir. Bu günə qədər oynadığım bütün matçlardan vacibdir. Bəlkə axmaq kimi görünə bilərəm. Lakin qarşıda məhz bu oyun olduğu üçün önəmlidir. Karyeram boyu qarşıdakı oyunlar mənim üçün vacib olub. Qazandığım kuboklar klubların muzeylərində, medallarım isə evimdədir. Daha bir kubok qazanmaq istəyirəm. Onun üçün bu axşam mütləq qələbə qazanmalıyıq".

 

Qeyd edək ki, "Çelsi" - "Tottenhem" oyunu bu axşam, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 


Xəbər xətti