Messi saxtakarlıq edib?

14:37 1 Mart 2015

Almaniyanın "Der Spiegel" jurnalı "Barselona"nın ulduzu Lionel Messiylə bağlı şok iddia irəli sürüb. 

 

 

 

Sportarena.az xəbər verir ki, son dövrlərdə atası Jorge ilə birlikdə vergidən yayınma suçuyla məhkəmə qarşısına çıxan argentinalı hücumçu indi də başqa bir ittihamla üz-üzə qalıb. "Der Spiegel" jurnalının sənədlərə dayanaraq verdiyi xəbərdə bildirilir ki, Messiyə aid olan "Lionel Messi Fondu" 2012 və 2013-cü illərdə 6 xeyriyyə matçından (Çikaqo, Boqota, Cancun, Mayami, Lima və Medellin) gələn gəlir sahiblərinə çatdırılmayıb.

 

Bu oyunlarda biletlərin 50-2220 avro arasında satıldığı və əldə olunan gəlirdən bir milyon avronun Çuraçao adasındakı bir banka yatırıldığı iddia olunur. İddiaya görə, saxtakarlığın arxasında Messinin atasının dostu Gilyermo Marin dayanır. Messiylə yanaşı, Xavyer Maskerano, Tyerri Anri, Julio Sezar kimi ulduz futbolçuların da iştirak etdiyi xeyriyyə matçlarından ümumilikdə 7 milyon avro gəlir əldə olunduğu bildirilir.  


Digər xəbərlər

Xəbər xətti