"Rəvan" rəsmisi təsdiqlədi: "Maaşlar azaldıla bilər"

19:05 1 Mart 2015

Daha əvvəl “Rəvan”da maliyyə böhranının mövcud olması və bununla əlaqədar maaşların azaldıla biləcəyi ilə bağlı məlumat vermişdik. Buna səbəb kimi, AFFA-dan gələn maliyyə yardımlarının dayandırılması, daha doğrusu klub tərəfindən qəbul edilməməsi göstərilirdi.

 

“Rəvan” klubunun vitse-prezidenti İlqar Axundov sportarena.az saytına açıqlamasında maaşların azaldıla biləcəyini təsdiqləsə də, bunun heç də AFFA-dan gələn maliyyə yardımlarının kəsilməsi ilə əlaqədar olmadığını bildirib.

 

“Bu məsləni sabah müzakirə edəcəyik. Maaşlar azaldıla bilər, amma, bu hələ sabah dəqiqləşəcək. Bütün bunları AFFA-dan gələn yardımların kəsilməsi ilə əlaqələndirmək lazım deyil. Səbəb başqadır”. – deyə Axundov bildirib.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti