Elnur Məmmədli: "Cüdoçuların düzgün hərəkət etmədiyini düşünürəm"

19:17 1 Mart 2015

“Hər bir idman növündə narazılıq ola bilər”.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli milli komanda üzvlərinin Bakıda etiraz aksiyası keçirməsinə münasibət bildirib. 

 

 

Sportarena.az xəbər verir ki, İkiqat Avropa çempionu sportpress.az-a açıqlamasında həmkarlarının düzgün addım atmadığını deyib:  “Mənə bu barədə deyəndə dedim ki, gəlin hər bir məsələni federasiyanın daxilində həll edək. Hər bir idman növündə narazılıq ola bilər. Bu adi haldır. Amma əsas onu daxildə həll etməkdir. Bu mənada cüdoçuların düzgün hərəkət etmədiyini düşünürəm. Ola bilər nədənsə narazıdırlar.

 

Hazırlıq baxımından problem ola bilməz. İndi şəhərin mərkəzində gözəl bazamız var. Mən olimpiya çempionu olanda heç bazamız yox idi. Məvaciblərini alırlar. Bir-iki gün gecikmə hər yerdə olur. Xarici ölkələrdə hazırlıq keçirlər. Yaxınlarda Almaniyada Qran-Pri turnirində çıxış ediblər. Federasiya rəhbərliyi bu gün hər bir məsələni həll etməyə hazırlaşır. Çünki, yayda hamımız Avropa Oyunlarında uğur qazanmaq istəyirik. Yeni iş həftəsində onlarla görüşüb bütün məsələləri müzakirə etməyə çalışacayıq”.

 


Xəbər xətti